Abşeronda 36 yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqlanıb

Abşeronda 36 yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqlanıb Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə
15 Sentyabr , 2019 23:24
Abşeronda 36 yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqlanıb

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Xirdalan şəhərindəki yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Hüseynov Seymur Elbrus oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb. 

Yarali təcili yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb. Ona sol döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyat edilib. 

Fakla bağli Abşeron polisi tərəfindən araşdırma aparılır.

Ramin Şahbazov

Orphus sistemi