Abşeron rayonunda intihara cəhd hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü Əliyev Amil Rahib oğlu üzərində olan bıçaqla özünə xəsarətlər yetirib.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarın nahiyəsində çoxsaylı kəsilmiş yaralar diaqnozu qoyulub. Yaralar cərrahi işlənilib.
Hadisənin təfərrüatı araşdırılır.