Abşeronda 30 yaşlı kişi itkin düşüb - FOTO

Abşeronda 30 yaşlı kişi itkin düşüb - FOTO Abşeron. 17 dekabr. REPORT.AZ/ Abşeron rayonunda 30 yaşlı kişi itkin düşüb.
Hadisə
17 Dekabr , 2018 19:08

Abşeron. 17 dekabr. REPORT.AZ/ Abşeron rayonunda 30 yaşlı kişi itkin düşüb. 

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, bu barədə onun analığı Bibixanım Salmanov məlumat verib. 

Onun sözlərinə görə, Abşeron rayonunun Saray qəsəbəsi, Adil Mənsimov küçəsi, 9A ünvanında yaşayan 1988-ci il təvəllüdlü Sədi Həşim oğlu Salmanov iki gündür evdən çıxıb və bir daha geri qayıtmayıb.

Onun ruhi xəstə və dil qüsurlu olduğu da bildirilir. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi