Abşeronda 2 yaşlı körpəni avtomobil vurub

Abşeronda 2 yaşlı körpəni avtomobil vurub Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır
Hadisə
22 Mart , 2018 08:06
Abşeronda 2 yaşlı körpəni avtomobil vurub

Bakı. 22 mart. REPORT.AZ/ Abşeronda 2 yaşlı körpəni avtomobil vurub.

"Report"un xəbərinə görə, hadisə Hökməli qəsəbəsində baş verib.

2016-ci il təvəllüdlü Zeynallı Məhəmmədəli Xəlil oğlu oyun oynayarkən qəfildən yol kənarına çıxıb. Nəticədə onu minik avtomobili vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi