Abşeronda 19 yaşlı gənc özünü asıb

Abşeronda 19 yaşlı gənc özünü asıb Elvin Quliyevin hansı səbəbdən intihar etdiyi məlum deyil
Hadisə
15 May , 2017 08:42
Abşeronda 19 yaşlı gənc özünü asıb
Courtesy İmage

Bakı. 15 may. REPORT.AZ/ Abşeronda intihar hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Novxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Quliyev Elvin Elçin oğlu yaşadığı evdə özünü asaraq intihar edib. E.Quliyevin hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.  

Son xəbərlər

Orphus sistemi