Abşeronda 13 yaşlı oğlanı maşın vurub, sürücü qaçıb - FOTO

Abşeronda 13 yaşlı oğlanı maşın vurub, sürücü qaçıb - FOTO Abşeron rayonunun Masazır qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
17 Avqust , 2019 23:35
Abşeronda 13 yaşlı oğlanı maşın vurub, sürücü qaçıb - FOTO

Abşeron rayonunun Masazır qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, qəsəbə ərazisində piyadalar üçün nəzərdə tutulmuş zolaqdan keçmək istəyən 10-13 yaşlı oğlanı avtomobil vurub.

Sürücü maşınla ərazidən uzaqlaşıb. Lakin ərazidə xidmət aparan Yol Patrul Xidmətinin avtomobili onu təqib edərək yaxalayıb. Qəzada xəsarət alan azyaşlı ətrafdakıların köməkliyi ilə yaxınlıqdakı xəstəxanaya aparılıb.

Son xəbərlər

Orphus sistemi