Abşeronda 1 ədəd F-1 əl qumbarası aşkar edilib

Abşeronda 1 ədəd F-1 əl qumbarası aşkar edilib Bakı. 10 fevral. REPORT.AZ/ Fevralın 9-da Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisində 1 ədəd əl qumbarası tapılıb.
Hadisə
10 Fevral , 2019 03:31
Abşeronda 1 ədəd F-1 əl qumbarası aşkar edilib

Bakı. 10 fevral. REPORT.AZ/ Fevralın 9-da Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisində 1 ədəd əl qumbarası tapılıb.

“Report” xəbər verir ki, ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Abşeron rayon Polis şöbəsinin əməkdaşları ilə birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçiriblər. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası (partladıcısı və partlayıcısı olmayan) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının ətrafında 2,000 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Daha əvvəl Bakının Xətai rayonunda 1 ədəd əl qumbarası tapılıb.

Son xəbərlər

Orphus sistemi