Abşeron xəstəxanasının vəzifəli şəxsinin məhkəməsinin vaxtı məlum olub

Abşeron xəstəxanasının vəzifəli şəxsinin məhkəməsinin vaxtı məlum olub “Abşeron Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi (PHŞ) Mehdiabad Ailə Sağlamlıq Mərkəzinin bölmə müdirinin cinayət işi üzrə məhkəməsinin vaxtı məlum olub.
Hadisə
11 Yanvar , 2022 10:09
Abşeron xəstəxanasının vəzifəli şəxsinin məhkəməsinin vaxtı məlum olub

“Abşeron Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi (PHŞ) Mehdiabad Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri Qənitə İsmayılovanın cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.

"Report" xəbər verir ki, Abşeron Rayon Məhkəməsində keçiriləcək hazırlıq iclası yanvarın 21-nə təyin edilib.

Cinayət işi hakim Şövkət Nəcəfovanın sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Q.İsmayılova “Abşeron Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in Mehdiabad Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri vəzifəsində işləyərkən 2021-ci ilin aprel-sentyabr ayları ərzində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirmədən COVID-19 vaksinasiyası üzrə prosesin düzgün və keyfiyyətli aparılmasına şərait yaratmayıb, Mərkəzə məxsus möhürü özündə saxlamalı olduğu halda ayrı-ayrı tibb müəssisələrinin işçilərinə verib.

Cinayət işinin istintaqı zamanı Q.İsmayılovanın işinə laqeyd münasibətindən istifadə edən həmin işçilər tərəfindən hər iki doza üçün qanunsuz olaraq ümumilikdə 67 nəfərin “Sinovac” peyvəndi ilə vaksinasiya olunmalarına dair yalan məlumatların rəsmi sənədlərə, eyni zamanda “analiz.its.gov.az” rəsmi elektron portalına daxil edilməsinə, yol verilən qanunsuz əməllərin ört-basdır edilməsi məqsədi ilə 2 min 700 manat dəyərində 130 ədəd peyvənd flakonunun boşaldılaraq tullanılmasına, bununla da dövlətin epidemioloji vəziyyətin stabilləşdirilməsi, xəstələnmə və ölümlə nəticələnən halların azaldılması, eləcə də vaksinləşmənin təmin edilməsi sahəsində qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan sübutlarla Q.İsmayılova Cinayət Məcəlləsinin 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Son xəbərlər

Orphus sistemi