Abşeron və Bakıda iki qadını maşın vurub

Abşeron və Bakıda iki qadını maşın vurub Piyadalardan birinin 47, digərinin isə 65 yaşı var
Hadisə
19 Sentyabr , 2017 04:49
Abşeron və Bakıda iki qadını maşın vurub
Foto: Report.az

Bakı. 19 sentyabr. REPORT.AZ/ Abşeronda və Bakının Nizami rayonunda iki qadının vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

"Report" xəbər verir ki, Abşeron rayonunun Hökməli dairəsi kimi tanınan ərazisində yolu keçmək istəyən 1970-ci il təvəllüdlü Hidayətova Zemfira Əlisahib qızını minik avtomobili vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. Sürücü Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Digər hadisə isə Nizami rayonunun 8-ci kilometr qəsəbəsində qeydə alınıb.

1952-ci il təvəllüdlü Bəşirova Bənövşə Kərim qızı yolu piyadalar üçün nəzərdə tutulmayan hissədən keçərkən onu minik avtomobili vurub. Sürücü yaralını xəstəxanaya yerləşdirib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi