Abşeron sakinini parkda döyən şəxslər saxlanılıblar

Abşeron sakinini parkda döyən şəxslər saxlanılıblar Abşeron rayon sakininə qarşı quldurluq edilib.
Hadisə
17 Dekabr , 2019 12:45
Abşeron sakinini parkda döyən şəxslər saxlanılıblar

Abşeron rayon sakininə qarşı quldurluq edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət edən Abşeron rayon sakini Ş.Ələkbərli dekabrın 16-da saat 19 radələrində Bakıxanov küçəsində yerləşən parkda 3 nəfərin onu döyərək mobil telefonunu aldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri R.Qurbanov, S.Məcidov və Ü.Süleymanov polis əməkdaşları tərəfindən saxlanılıblar.

S.Məcidovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun həmin gün saat 18 radələrində Ü.Bünyadzadə küçəsində xuliqanlıq zəminində Bakı şəhər sakini Ə.Kərimlini döyməsi də müəyyən edilib. 

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi