Abşeron sakinini bıçaqla hədələyərək pulunu aparıblar

Abşeron sakinini bıçaqla hədələyərək pulunu aparıblar Göyçay rayonunda soyğunçuluq hadisəsi baş verib.
Hadisə
12 Noyabr , 2019 14:31
Abşeron sakinini bıçaqla hədələyərək pulunu aparıblar

Göyçay rayonunda soyğunçuluq hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Göyçay Rayon Polsi Şöbəsinə müraciət edən Abşeron rayon sakini İ.Niftiyev noyabrın 9-da axşam saatlarında şəhər ərazisində 2 nəfərin onu bıçaqla hədələyib 120 manatını, mobil telefonunu və qol saatını almalarını bildirib.

Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla hadisənin açıq talama yolu ilə törədilməsi müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 180.2.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Göyçay şəhər sakinləri Ə.ƏsgərovX.Əhmədov saxlanılıb.

Son xəbərlər

Orphus sistemi