Yuxarı

Abşeron sakinini avtomobil vuraraq öldürüb

Abşeron sakinini avtomobil vuraraq öldürüb

Bakı. 10 may. REPORT.AZ/ Abşeron rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

"Report" Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə mayın 9-da saat 22 radələrində rayonun Masazır qəsəbəsi ərazisində baş verib. 

Belə ki, İmişli rayon sakini Malik Məhəmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Ülvi Məmmədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində tərəfindən araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi