Yuxarı

Abşeron sakininə qarşı 620 min dollarlıq dələduzluq edilib

Abşeron sakininə qarşı 620 min dollarlıq dələduzluq edilib
Faktla bağlı araşdırma aparılır

Bakı. 19 may. REPORT.AZ/ Abşeron sakininə qarşı 620 min dollarlıq dələduzluq edilib. 

"Report" xəbər verir ki, dələduzluqla üzləşmiş Abşeron rayon sakini, 1968-ci il təvəllüdlü Elxan Rafiq oğlu Muradov bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib.  

E.Muradov bildirib ki, Abşeron rayon sakini 1967-ci il təvəllüdlü İlham Kərim oğlu Xıdırov onu aldadaraq 620 min ABŞ dollar pulunu alıb və geri qaytarmayıb.  

Onun sözlərinə görə, İ.Xıdırov pulu 2014-cü ilin dekabr ayından 2016-cı ilin yanvar ayınadək olan müddətdə alıb.  

Faktla bağlı araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi