Yuxarı

Abşeron sakini qonşusunu güllələyib

Kamran Babayevin vəziyyəti ağırdır, onun dindirilməsi mümkün olmayıb

Bakı. 3 fevral. REPORT.AZ/ Saray qəsəbəsində boyun və kürək nahiyəsindən yaralanan şəxsi qonşusunun vurduğu məlum olub. “Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytında məlumat yayılıb. 

Məlumata görə, fevralın 2-də Abşeron rayonunun Saray qəsəbəsində yaşayan Kamran Babayev evinin qarşısında boyun və kürək nahiyəsindən aldığı güllə yaraları ilə xəstəxanaya gətirilib. 

Abşeron Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə xəsarətin ona qonşusu, həmyerlisi Qüdrət Kərimov tərəfindən “Makarov” markalı tapançadan iki dəfə açılmış atəşlə yetirilməsi müəyyən edilib.

Xəstəxanaya yerləşdirilən K.Babayevin vəziyyəti ağır olduğundan dindirilməsi mümkün olmayıb.

Abşeron RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi