Abşeron sakini qaynı tərəfindən qətlə yetirilib - YENİLƏNİB

Abşeron sakini qaynı tərəfindən qətlə yetirilib - YENİLƏNİB Abşeron. 28 iyul. REPORT.AZ/ Abşeronda qaynı tərəfindən bıçaqlanan şəxs xəstəxanada ölüb.
Hadisə
28 İyul , 2018 21:25
Abşeron sakini qaynı tərəfindən qətlə yetirilib - YENİLƏNİB

Abşeron. 28 iyul. REPORT.AZ/ Abşeronda qaynı tərəfindən bıçaqlanan şəxs xəstəxanada ölüb.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə Saray qəsəbəsində baş verib.

Belə ki, Abşeron rayon sakini, 1976-cı il təvəllüdlü Abbasov Müşviq Zakir oğlu yaşadığı Saray qəsəbəsi, "Badamlılıq" yaşayış massivində qaynı tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.


***19:44

Abşeron. 28 iyul. REPORT.AZ/ Abşeron rayon sakini bıçaqlanıb. 

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Saray qəsəbəsində baş verib. 

Yaralı ağır vəziyyətdə Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. 

Hadisənin ailə münaqişəsi zəmnində baş veridiyi və yaralının qayını tərəfindən bıçaqlandığı bildirilir. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi