Abşeron sakini qardaşı arvadını qətlə yetirib - YENİLƏNİB-2

Abşeron sakini qardaşı arvadını qətlə yetirib - YENİLƏNİB-2 Faktla bağlı cinayət işi başlanılıb.
Hadisə
2114
3 Yanvar , 2019 12:02
Abşeron sakini qardaşı arvadını qətlə yetirib - YENİLƏNİB-2

Abşeron. 3 yanvar. REPORT.AZ/ Abşeron rayonunun Qobu qəsəbəsində yaşayan Əqidə Məmmədovanın qaynı tərəfindən qətlə yetirilməsi məlum olub.

"Report"un Sumqayıt-Abşeron bürosunun əldə etdiyi məlumata görə, Ə.Məmmədovanın qaynı Rafiq Məmmədov qardaşı Elçin Məmmədovun yaşadığı ünvana gəlib və aralarında olan mübahisə zəmnində qardaşı E.Məmmədovun arvadı Ə.Məmmədovanın baş nahiyəsinə küt alətlə xəsarət yetirib. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.


*** 23:48

Abşeron. 2 yanvar. REPORT.AZ/ Abşeron rayonunda qətlə yetirilən qadının şəxsiyyəti məlum olub. 

"Report"un yerli bürosunun əldə etdiyi məlumatlara görə, qətlə yetirilən şəxs Qobu qəsəbəsində yaşayan Əqidə Məmmədovadır. O, baş nahiyyəsindən aldığı ağır xəsarətlə dünyasını dəyişib. Hadisənin dəqiq səbələri məlum deyil. 

Araşdırmalar davam etdirilir.


*** 21:59

Abşeron. 2 yanvar. REPORT.AZ/ Abşeron rayonunda qətl hadisəi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki,hadisə rayonun Qobu qəsəbəsinin ərazisində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb. İlkin məlumatlara görə, qətlə yetirilən şəxsin orta yaşlı qadın olduğu bildirilir. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Hadisə yerinə baxış keçirilib.

Onun hansı səbəbdən və kim tərəfindən öldürülməsi hələlik məlum deyil.

Meyit muayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Abşeron rayon şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi