Bakı. 11 may. REPORT.AZ/ Abşeron rayonunun Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib.
"Report"un xəbərinə görə, 1974-cü il təvəllüdlü Məmmədov Zakir Sahib oğlu dostları ilə kafedə əyləşərkən dava edib.
Nəticədə S.Əliyev bıçaqlanıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.