Abşeron sakini intihar məqsədi ilə özünə bıçaq xəsarəti yetirib

Abşeron sakini intihar məqsədi ilə özünə bıçaq xəsarəti yetirib Hadisə Mehdiabad qəsəbəsində baş verib
Hadisə
14 Sentyabr , 2016 00:59
Abşeron sakini intihar məqsədi ilə özünə bıçaq xəsarəti yetirib

Bakı. 14 sentyabr. REPORT.AZ/ Abşeron rayonunun Mehdiabad qəsəbəsində intihara cəhd hadisəsi baş verib.

"Report" xəbər verir ki, 33 yaşlı yerli sakin Fidatəy Əhmədov qarın nahiyəsindən bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib.

Yaralıya tibbi yardım göstərilib. Hadisə barədə polisə məlumat verilib. Dindirilmə zamanı Fidatəy Əhmədov özü özünü bıçaqladığını bildirib. Onun ifadəsinin nə dərəcədə doğru olduğu aparılan araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı başlanılan araşdırmalar davam edir.

Son xəbərlər

Orphus sistemi