Abşeron sakini avtomobillə qayınatasını vuraraq öldürüb - YENİLƏNİB

Abşeron sakini avtomobillə qayınatasını vuraraq öldürüb - YENİLƏNİB Abşeron sakini avtomobillə qayınatasını vuraraq öldürüb.
Hadisə
6 May , 2019 11:57
Abşeron sakini avtomobillə qayınatasını vuraraq öldürüb - YENİLƏNİB

Abşeron sakini avtomobillə qayınatasını vuraraq öldürüb.

"Report"un xəbərinə görə, hadisə rayonun Mehdiabad qəsəbəsində qeydə alınıb.

Həmin qəsəbədə 61 yaşlı Hüseyn Məmmədov idarə etdiyi "VAZ 2106" markalı avtomobillə həyətdə qayınatası 86 yaşlı Firudin İsayevi vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.


*** 10:12

Abşeron rayonunda ölümlə nəticələnən yol-nqəliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə rayonun Mehdiabad qəsəbəsinin ərazisndə qeydə alınıb.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan ahıl kişini avtomobil vuraraq öldürüb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.Hadisə yerinə baxış keçirilib.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi