Yuxarı
    Bağlamaq

    Abşeronda velosipedlə avtomobilə çırpılan yeniyetmə ağır xəsarət alıb

    Faktla bağlı araşdırma aparılır

    Bakı. 7 avqust. REPORT.AZ/ Abşeron rayonunda velosipedlə avtomobilə çırpılan yeniyetmə ağır xəsarət alıb.

    "Report"un xəbərinə görə hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.

    Belə ki, 12 yaşlı Murad Əsgərov idarə etdiyi velosipedlə hərəkətdə olan minik avtomobilinə çırpılıb. Nəticədə o, ağır kəllə-beyin travması alıb.

    Yaralı xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi