Abşeronda quyuda iki il əvvəl ölən şəxsin sümükləri tapılıb

Abşeronda quyuda iki il əvvəl ölən şəxsin sümükləri tapılıb Araşdırmalar nəticəsində sümüklərin 1977-ci il təvəllüdlü Nadirov Məhəməd Əbdülhüseyn oğluna məxsus olduğu məlum olub
Hadisə
21 Avqust , 2017 09:27
Abşeronda quyuda iki il əvvəl ölən şəxsin sümükləri tapılıb

Bakı. 21 avqust. REPORT.AZ/ Abşeron rayonunda quyuda iki il əvvəl ölən şəxsin sümükləri tapılıb.

"Report" xəbər verir ki, bu barədə polisə məlumat verilib və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçiriblər.

Quyudan kişiyə məxsus sümüklər aşkarlanaraq Məhkəmə-Tibbi Ekspertizia və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Ekspertlərin rəyinə görə, həmin şəxs iki il əvvəl ölüb. Araşdırmalar nəticəsində nəşin qalıqlarının 1977-ci il təvəllüdlü Nadirov Məhəməd Əbdülhüseyn oğluna məxsus olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi