​Abşeron rayonunda liftdə qalan 4 nəfər xilas edilib

​Abşeron rayonunda liftdə qalan 4 nəfər xilas edilib Hadisə gecə saatlarında baş verib
Hadisə
5 Mart , 2015 04:09
​Abşeron rayonunda liftdə qalan 4 nəfər xilas edilib

Bakı. 5 mart. REPORT.AZ/ Abşeron rayonunda yaşayış binasının liftində 4 nəfər köməksiz vəziyyətdə qalıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər liftin qapılarını açaraq vətəndaşların liftdən çıxmasına şərait yaradıblar.

Son xəbərlər

Orphus sistemi