Bakı. 4 mart. REPORT.AZ/ Axşam saatlarında Abşeron rayonunda mənzildə 2 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, FHN-in xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər mənzilin qapısını açıb və azyaşlıları aidiyyəti üzrə təhvil veriblər.