Yuxarı

Abşeron rayonunda çoxmərtəbəli binada yanğın olub: sakinlər təxliyyə olunub

15 nəfər sakini yanğınsöndürənlər tərəfindən təxliyyə olunub

Bakı. 2 yanvar. REPORT.AZ/ Abşeron rayonunda çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsindən 8-ci mərtəsinə kimi şaxtadan keçən elektik kabelləri 24 p.m yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, yanğın zamanı binanın 15 nəfər sakini yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Binanın digər kommunukasiya xətləri və mənzillər yanğından mühafizə olunub. 

Yanğın saat 04:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi