Abşeron rayonunda beş otaqlı ev yanıb

Abşeron rayonunda beş otaqlı ev yanıb Hadisə Fatmayı kəndində qeydə alınıb
Hadisə
5 May , 2015 22:34
Abşeron rayonunda beş otaqlı ev yanıb

Баку. 5 мая. REPORT.AZ/ Abşeron rayonunda beş otaqlı ev əşyaları ilə birlikdə yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə Fatmayı kəndində qeydə alınıb. Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın saat 19:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi