Yuxarı

Abşeron rayonunda ağır qəza: 1 ölü

“VAZ” avtomobili ilə “Shacman” markalı yük maşını toqquşub

Bakı. 1 mart. REPORT.AZ/ Abşeron rayonunda “VAZ” markalı minik avtomobili ilə “Shacman” markalı yük maşını toqquşub.

"Report" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nəticədə, minik avtomobilinin sərnişini aldığı bədən xəsarətlərindən vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalb.

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 05:57-də başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi