​Abşeronda sərnişin avtobusu ilə minik maşınının toqquşması nəticəsində bir nəfər ölüb

​Abşeronda sərnişin avtobusu ilə minik maşınının toqquşması nəticəsində bir nəfər ölüb Minik avtomobilinin sürücüsü hadisə yerində vəfat edib
Hadisə
21 Dekabr , 2014 13:35
​Abşeronda sərnişin avtobusu ilə minik maşınının toqquşması nəticəsində bir nəfər ölüb

Bakı. 21 dekabr. REPORT.AZ/ Abşeron rayonunda “İveco” markalı sərnişin avtobusu ilə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü hadisə yerində vəfat edib və avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər deformasiyaya uğramış avtomobildən meyiti çıxararaq aidiyyətı üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi