Abşeron, Gəncə və Sabirabadda avtomobil piyadaları vuraraq öldürüb

Abşeron, Gəncə və Sabirabadda avtomobil piyadaları vuraraq öldürüb Abşeronda avtomobil piyadanı vuraraq öldürüb.
Hadisə
16 May , 2022 11:33
Abşeron, Gəncə və Sabirabadda avtomobil piyadaları vuraraq öldürüb

Abşeronda avtomobil piyadanı vuraraq öldürüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 15-i saat 14 radələrində rayonun Mehdiabad qəsəbəsi ərazisində Şabran rayon sakini K.İsgəndərov idarə etdiyi “BYD” markalı avtomobillə yolu keçən qəsəbə sakini Azad Əzizovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Bundan başqa, mayın 15-i saat 21 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini C.Hüseynov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən həmyerlisi İlyas Vəliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

Eyni zamanda həmin gün saat 23 radələrində Sabirabad şəhəri ərazisində Saatlı şəhər sakini A.Atabəyli idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən şəhər sakini Aidə Hüseynovanı vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Hər üç faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi