Bakı. 23 iyul. REPORT.AZ/ Axşam saatlarında Abşeron rayonunda 3 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.
"Report" xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə daxil olub.
Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunaraq, 2 nəfəri xilas edib, digər 1 nəfərin - 1980-ci il təvəllüdlü Səmədov Ruslan Ağahəsən oğlunun cəsədini dənizin sahilindən çıxardaraq, aidiyyəti üzrə təhvil veriblər.