ABŞ vətəndaşı Azərbaycan məhkəməsində vəkili təhqir etdi

ABŞ vətəndaşı Azərbaycan məhkəməsində vəkili təhqir etdi Amerika Birləşmiş Ştatlarının (ABŞ) vətəndaşı F.R.Conekl Binəqədi Rayon Məhkəməsində keçirilən məhkəmə prosesi zamanı vəkil Elnurə Zeynalovanı təhqir edib.
Hadisə
14 Aprel , 2020 14:50
ABŞ vətəndaşı Azərbaycan məhkəməsində vəkili təhqir etdi

Amerika Birləşmiş Ştatlarının (ABŞ) vətəndaşı F.R.Conekl Binəqədi Rayon Məhkəməsində keçirilən məhkəmə prosesi zamanı vəkil Elnurə Zeynalovanı təhqir edib.

“Report”un məlumatına görə, hadisə aprelin 5-də hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə baş verib.

1989-cu il təvəllüdlü F.R.Conekl barəsində miqrasiya qanunvericiliyini pozması ilə əlaqədar inzibati işə baxılıb.

Prosesdə dövlət hesabına təyin edilmiş müdafiəçi - 11 saylı vəkil bürosunun vəkili Elnurə Zeynalova təqsirləndirilən şəxs tərəfindən təhqir edilib.

Fakt üzrə Cinayət Məcəlləsinin 221-ci xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb.

Vəkil Elnurə Zeynalova “Report”a açıqlamasında məlumatı təsdiqləyib.

O bildirib ki, hələlik cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasa da, müvafiq araşdırmalar davam etdirilir. 

 Elnurə Zeynalova
Elnurə Zeynalova

Son xəbərlər

Orphus sistemi