ABŞ hökuməti Venesuelanın insan hüquqlarını pozduqları iddia etdikləri rəsmi şəxslərini sanksiya siyahısına daxil edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Mayk Pens “Twitter”də yazıb.
O, adlarını çəkmədiyi həmin şəxsləri dinc vətəndaşlara zülm və işgəncələr verməkdə günahkar hesab etdiklərini bildirib.