ABŞ səfirliyinin mühafizə xidmətinin əməkdaşı Bakıda qəza törədib

ABŞ səfirliyinin mühafizə xidmətinin əməkdaşı Bakıda qəza törədib Faktla bağlı araşdırma aparılır
Hadisə
8 Fevral , 2016 13:46
ABŞ səfirliyinin mühafizə xidmətinin əməkdaşı Bakıda qəza törədib

Bakı. 8 fevral. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı səfirliyinin mühafizə xidmətinin əməkdaşı qəza törədib. “Report”un xəbərinə görə, hadisə Azadlıq prospekti,90 ünvanında baş verib.

Nefçala rayon sakini Əli Abdinovun idarə etdiyi ABŞ səfirliyinin mühafizə xidmətinə məxsus “Mitsubishi-Pajero” markalı avtomobillə Çingiz Nağıyevin idarə etdiyi “Hyundai Sonata” markalı avtomobil toqquşub. Qəza zamanı ciddi xəsarət alan olmayıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 21-ci Polis Bölməsində (PB) araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi