ABŞ azad edilmiş ərazilərdə aparılan minatəmizləmə fəaliyyətini yüksək qiymətləndirib

ABŞ azad edilmiş ərazilərdə aparılan minatəmizləmə fəaliyyətini yüksək qiymətləndirib Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki müvəqqəti işlər vəkili cənab Hüqo Qevara ilə görüş keçirib. Agentliyin yaradılma tarixçəsi, ümumi fəaliyyəti,
Hadisə
18 Avqust , 2022 13:05
ABŞ azad edilmiş ərazilərdə aparılan minatəmizləmə fəaliyyətini yüksək qiymətləndirib

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki müvəqqəti işlər vəkili Hüqo Qevara ilə görüş keçirib.

Bu barədə "Report"a ANAMA-dan məlumat verilib.

Bildirilib ki, agentliyin yaradılma tarixçəsi, ümumi fəaliyyəti, ikinci Vətən müharibəsindən sonra qarşıya qoyulmuş yeni hədəfləri, eləcə də hökumət tərəfindən müəyyən olunan prioritetlərə əsasən Qarabağda icra edilən humanitar minatəmizləmə əməliyyatları barədə səfirə məlumat verilib.

Hüqo Qvera işğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib. Görüş zamanı Amerika Birləşmiş Ştatları tərəfindən ANAMA-ya partlayıcı qurğuların təhlükəsi ilə mübarizədə mümkün töhfə verilməsi və Qarabağda təhlükəsiz mühitin yaradılması istiqamətində tərəfdaşlığın genişləndirilməsi üzrə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi