ABŞ Gürcüstanın səhiyyə sektoru üçün 1,1 milyon dollar həcmində vəsait ayırıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyindən bildirilib.
Bu məbləğ Gürcüstanda COVID-19 infeksiyasına qarşı mübarizə tədbirləri, xüsusən də laborator sistemlərin inkişafı, tibbi araşdırma və nəzarət, texniki mütəxəssislərin hazırlanması və digər istiqamətlər üzrə xərclənəcək.