ABŞ Əfqanıstandakı hərbçilərinin sayını artırıb

ABŞ Əfqanıstandakı hərbçilərinin sayını artırıb Hazırda Amerika hərbçilərinin sayı təqribən 14 min nəfər təşkil edir
Hadisə
17 Noyabr , 2017 02:19
ABŞ Əfqanıstandakı hərbçilərinin sayını artırıb

Bakı. 17 noyabr. REPORT.AZ/ Hazırda Əfqanıstanda Amerika hərbçilərinin sayı təqribən 14 min nəfər təşkil edir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu cümə axşamı keçirilən brifinqdə ABŞ Silahlı Qüvvələri Qərərgah Rəisləri Komitəsinin nümayəndəsi general Kennet Makkenzi bildirib.

"Əfqanıstanda bizim işlədiyimiz say təqribən 11 min idi. Bildiyiniz kimi, biz ora əlavə qüvvələr yerləşdirmək prosesini yenicə başa çatdırmışıq. Odur ki, Əfqanıstan üçün yeni rəqəm indi təqribən 14 mindir. Onların sayı missiyadan asılı olaraq dəyişə, bir qədər çox və ya bir qədər az ola bilər", - deyə o əlavə edib.

Makkenzi həmçinin təsdiq edib ki, Suriyada 503, İraqda isə 5262 ABŞ hərbçisi var.

"Bu, bizim hazırda işlədiyimiz rəqəmlərdir", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi