ABŞ-da atışma olub, ölənlər və yaralananlar var

ABŞ-da atışma olub, ölənlər və yaralananlar var ABŞ-ın İllinoys ştatının Rokford şəhərində baş vermiş atışmada 3 nəfər həlak olub, daha 3 nəfər yaralanıb.
Digər ölkələr
27 Dekabr , 2020 07:17
ABŞ-da atışma olub, ölənlər və yaralananlar var

ABŞ-ın İllinoys ştatının Rokford şəhərində baş vermiş atışmada 3 nəfər həlak olub, daha 3 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə CBS Chicago telekanalı məlumat yayıb.

Şəhər polisinin rəhbəri Den O Şinin sözlərinə görə, hadisə yerli vaxtla saat 18:55-də (Bakı vaxtı ilə saat 4:55-də-red) qeydə alınıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə ilə əlaqədar bir nəfər saxlanılıb. Telekanal güman edir ki, insidentlə bağlı olan yeganə şəxs həbs edilib.

Son xəbərlər

Orphus sistemi