Yuxarı

Abşeronda yanacaqdoldurma məntəqəsindən oğurluq edilib

Obyekt müdirinin otağından 2800 manat oğurlanıb

Bakı. 8 sentyabr.REPORT.AZ/ Azərbaycanın Abşeron rayonunda yanacaqdoldurma məntəqəsindən oğurluq edilib. Abşeron Rayon Polis Şöbəsindən (RPŞ) Report-a verilən məlumata görə, hadisə rayon ərazisində yerləşən “Petrolux” yanacaqdoldurma məntəqəsində baş verib. Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin məntəqədə, obyektin müdiri Novruz Qərənizadənin otağından 2800 manat oğurlayan Bakı şəhər sakini  Elba Əhmədov tutulub.

Saxlanılan şəxs müxtəlif cinayətlər etdiyi üçün əvvəllər dəfələrlə məhkum olunub. Hadisə ilə bağlı cinayət işi başlanıb, istintaq gedir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi