Yuxarı

Abşeronda silah-sursat və külli miqdarda narkotik vasitə aşkarlanıb

Tapılan silah-sursatın içində 1 ədəd Makarov markalı tapança da olub

Bakı. 29 sentyabr. REPORT.AZ/ Abşeron rayonunda silah-sursat və külli miqdarda narkotik vasitə aşkarlanıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Baş Cinayət-Axtarış İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Abşeron Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hökməli qəsəbə sakinləri Cavidan Cəbrayılovdan 1 ədəd "Makarov" markalı tapança və 4 ədəd patron, Ədalət Xəlilovdan alışqanı ilə birgə 2 qutu trotil, 1 ədəd "F-1" qumbarası, 34 ədəd müxtəlif çaplı patron götürülüb. Əməliyyatı davam etdirən polislər Ceyhun Xəlilovdan 10 qram marixuana və Mübariz Cəbrayılova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 1 kiloqram olan 7 çətənə kolu aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi