"AAAF Park" yaşayış kompleksində fəhlə 11-ci mərtəbədən yıxılaraq ölüb

"AAAF Park" yaşayış kompleksində fəhlə 11-ci mərtəbədən yıxılaraq ölüb Hadisə Xırdalan şəhəri ərazisində baş verib
Hadisə
5 May , 2017 23:02
AAAF Park yaşayış kompleksində fəhlə 11-ci mərtəbədən yıxılaraq ölüb
Courtesy İmage

Bakı. 5 may. REPORT.AZ/ Abşeron rayonunda fəhlə hündürmərtəbəli binadan yıxılaraq ölüb.

"Report" xəbər verir ki, bədbəxt hadisə Xırdalan şəhərində, "AAAF Park" yaşayış kompleksi ərazisində qeydə alınıb.

Həmin yerdə tikilməkdə olan binada fəhlə işləyən 1991-ci il təvəllüdlü, Süleymanlı Babək Qorxmaz oğlu 11-ci mərtəbədən yerə yıxılıb.

Faktla əlaqədar Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi