Bakı. 29 dekabr. REPORT.AZ/ Bakı şəhəri, Qaradağ rayonunda Dəmir Yolları QSC-nin Ələt deposuna məxsus vaqonunda yanğın baş verib.
"Report" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Dəmir Yolları QSC-nin Ələt deposuna məxsus ümumi sahəsi 54 m2 olan xidməti vaqonun tavanı, divarının taxta və şüşə pambıqdan ibarət üzlüyü 12 m2 sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı 1 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Vaqonun qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 19:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.