Yuxarı

Ağcabədidə ağır avtomobil qəzası baş verib, 3 nəfər ölüb

Qəza zamanı dünyalarını dəyişənlərin şəxsiyyəti dəqiqləşdirilir

Bakı. 23 sentyabr. REPORT.AZ/ Sentyabrın 22-dən 23-nə keçən gecə Azərbaycanın Ağcabədi rayonu, Təzəkənd kəndində iki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb. "Report"un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, iki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində baş verən qəza rayon mərkəzindən 17 km aralıda qeydə alınıb.

Hadisə  yerinə FHN-in xilasetmə qüvvələri cəlb olunub. Araşdırma zamanı məlum olub ki, minik avtomobillərinin birində olan 3 sərnişin ağır bədən xəsarətləri aldıqlarından hadisə yerində dünyalarını dəyişiblər. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğrayan avtomobildən meyitləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Hadisə ilə bağlı araşdırmalar davam edir.

Hazırda qəza zamanı dünyalarını dəyişənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi