Lənkəranda 9 yaşlı qızın ölümünə səbəb olan təcili tibbi yardım maşınının sürücüsünün şikayətinə baxılıb

Lənkəranda 9 yaşlı qızın ölümünə səbəb olan təcili tibbi yardım maşınının sürücüsünün şikayətinə baxılıb Bakı. 29 yanvar. REPORT.AZ/ Şirvan Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Şamil Qasımovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
29 Yanvar , 2019 16:29
Lənkəranda 9 yaşlı qızın ölümünə səbəb olan təcili tibbi yardım maşınının sürücüsünün şikayətinə baxılıb

Bakı. 29 yanvar. REPORT.AZ/ Şirvan Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Şamil Qasımovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Kamil Bəşirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Ş.Qasımovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, hadisə 2015-ci il aprelin 12-də Ələt-Astara-İran sərhədi yolunun Lənkəran rayonunun ərazisindən keçən 203-cü kilometrliyində baş verib.

Həmin vaxt digər qəza yerindən qayıdan Səhiyyə Nazirliyinin Lənkəran şəhər Təcili və Təxirə Salınmaz Tibbi Yardım Stansiyasına məxsus "Mercedes Vito-111" xüsusi ambulans markalı 90-JX-677 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Ş.Qasımov Lənkəranın Siyavar kənd sakini, 26 yaşlı Rəhman Əliverdi oğlu Sadıqovun idarə etdiyi “VAZ-2107” markalı, 10 CU 472 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Nəticədə “VAZ-2107”-nin sürücüsünün azyaşlı qızı, 9 aylıq Zəhra Sadıqova aldığı xəsarətlərdən hadisə yerində ölüb. “VAZ-2107”nin sürücüsü də daxil olmaqla daha 3 sərnişini - 29 yaşlı Günel Eldar qızı Rəhmanova, Elçin Camal oğlu Rəhmanov və 7 yaşlı Elvin Elçin oğlu Rəhmanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Lənkəran Mərkəzi Rayon Xəstəxanasının Travmatologiya və Reanimasiya şöbələrinə yerləşdirilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Ş.Qasımovun təyin edilən azadlıqdan məhrumetmə cəzası məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə hökm çıxarılıb. 

Son xəbərlər

Orphus sistemi