Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 9 uşaq atası Etibar Məmmədoğluya da şamil edilib.
"Report" xəbər verir ki, 57 yaşlı Etibar Məmmədoğlu 2012-ci ilin mart ayında 29.120.1 (insan öldürməyə təşəbbüs) maddəsi ilə 4 il 9 ay müddətə azadlıqdan mərhumetmə cəzasına məhkum edilib. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində Təşkilat Nəzarət şöbəsinin rəisi Musa Hümbətov Etibar Məmmədoğlu cəzasını çəkdiyi 1 il 9 ay müddətində öz davranışları ilə seçildiyini bildirib. "Etibar Məmmədoğlunun 9 uşaq atası olmasını, cəza çəkdiyi müddətdə heç bir qayda pozuntusunun olmaması və verilən tapşırıqlara vaxtında və dəqiq əməl etməsi nəzərə alınaraq adı əfv sərəncamı siyahısına daxil edilib".
