Bu gün Bakı
"Report"un xəbərinə görə, hakim Əliövsət Abbasovun sədrliyi ili ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
S.Mirzəyev 2003-cü ildə oğurluq ittihamı ilə həbs olunduğunu və 2008-ci ilədək isə azadlığa çıxdığını bildirib.
Məhkəmənin baxış iclası aprelin 15-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il avqustun 20-də Sabunçu rayonunda baş verib. 1933-cü il təvəllüdlü Tağı-zadə Əkrəm Hüseyn oğlu Yeni Ramana qəsəbəsindəki torpaq sahəsində tikintisi yarımçıq qalmış evdə qətlə yetirilib.
Məhkəmə-tibbi ekspertiza ölmüş şəxsin başına küt alətlə zərbə endirildiyini müəyyən edib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində polis sözügedən qəsəbənin sakini, qətlə yetirilmiş şəxsin qonşusu, 1982-ci il təvəllüdlü Mirzəyev Sakit Bəhlul oğlunu saxlayıb.
O, günahını etiraf edib.
İstintaq zamanı məlum olub ki, S.Mirzəyev 85 yaşlı kişini kəlbətinlə öldürüb.