Yuxarı
    Bağlamaq

    Ucarda 82 yaşlı kişi itkin düşüb - FOTO

    Evdən çıxan zaman əynində boz rəngli şalvar, qara rəngli qış gödəkçəsi, başında isə qara papaq olub

    Bakı. 18 yanvar. REPORT.AZ/ Ucar rayonunun Qəzyan kənd sakini, 1935-ci il təvəllüdlü Əliyev Xəlil Əli oğlu bu il yanvarın 6-da yaşadığı evdən xəbərsiz çıxaraq gedib, bir daha geri qayıtmayıb.

    Bu barədə “Report”un Şirvan bürosuna Ucar rayon Polis Şöbəsindən məlumat verilib.

    Xəlil Əliyevin xarakterik əlamətləri aşağıdakılardır: Boyu 160 santimetr, ağ saçlı, gözlərinin rəngi mavidir.

    Evdən çıxan zaman əynində boz rəngli şalvar, qara rəngli qış gödəkçəsi, başında isə qara papaq olub.

    Onu görənlərdən və ya itkin düşmüş bu şəxs haqqında hər hansı məlumatı olanlardan DİN-in “102” Xidmətinə, həmçinin (051) 486-78-78 nömrəli mobil, eyni zamanda, (02021) 3-00-53, (02021) 3-15-85 nömrəli şəhər telefonlarına zəng edərək Ucar Rayon Polis Şöbəsinə xəbər vermələri xahiş olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi