Bakı. 22 sentyabr. REPORT.AZ/ Bu gün Bakı
"Report" xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Yelena Maxrovanın vəkili çıxış edərək, müdafiə etdiyi şəxsin mərhumu öldürmək istəyinin olmadığını bildirib. O, məhkəmədən təqsirləndirilən şəxs haqqında verilən Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsinin 126.3 ( qəsdən sağlamlığa ağır zərər vurma, şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilməsini istəyib.
Məhkəmə təqsirləndirilən şəxsə son söz deməyi təklif edib. Y. Maxrova çıxış edərək etdiyi əməldən peşman olduğunu, S.Qurbanovu öldürmək niyyətinin olmadığını bildirib.
Hakimlər kollegiyası müşavirəyə gedib. Kollegiya üzvləri müşavirədən qayıtdıqdan sonra hökm oxunub. Hökmə əsasən, Yelena Maxrova barəsində olan Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi 126.3 (qəsdən sağlamlığa ağır zərbə vurma, şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib. O, 10 il müddətinə azadlıqdan məhrum olunub. Y.Maxrova cəzasını ümümi rejimli həbsxanada çəkəcək.
Xatırladaq ki, qətl hadisəsi bu il martın 8-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. Əvvəllər məhkum olunmuş S.Qurbanov və onunla qeyri-rəsmi nikah münasibətlərində olan Y.Maxrova X.İbadovun evində yaşayıb. Y.Maxrova mübahisə zəminində S.Qurbanovu qətlə yetirib.