Bakı. 9 mart. REPORT.AZ/ 8 gün əvvəl avtomobil ilə vurulan piyada xəstəxanada ölüb.
"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, fevralın 26-da Yasamal rayonunun A.M.Şərifzadə küçəsində Bakı şəhər sakini Sahibxan Mirzəyev idarə etdiyi "Mercedes" markalı avtomobillə paytaxt sakini Cəmilə Hüseynovanı vurub.
Xəstəxanaya yerləşdirilən piyada martın 8-də orada ölüb.
Faktla bağlı araşdırma aparılır.