Yuxarı

77 yaşlı anasını öldürüb, meyitini yandıran şəxsə hökm oxunub

​77 yaşlı anasını öldürüb, meyitini yandıran şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində anasını qətlə yetirməkdə təqsirləndirilən Tahir Bağırovun cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən T.Bağırov 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il Sabunçu rayonu Nardaran qəsəbəsində baş verib. Bağ massivi, ev 242 ünvanında yaşayan Bağırov Tahir Cəfər oğlu yaşadığı evdə anası, 1942-ci il təvəllüdlü Bağırova Rübabə Cəbrayıl qızı ilə şəxsi münasibətlər zəminində mübahisə edib.

Mübahisə nəticəsində T.Bağırov anasını boğaraq öldürüb. Qadının öldüyünə əmin olan oğul anasının meyitinin üzərinə ağ neft tökərək yandırıb.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi