Yetmiş üç yaşlı qadını sifarişlə qətlə yetirən dəstənin məhkəməsi başlayıb

Yetmiş üç yaşlı qadını sifarişlə qətlə yetirən dəstənin məhkəməsi başlayıb Bakı Ağır Cinayətlər Məhkəməsində sifarişlə qətl törətməkdə ittiham edilən Ziya Dadaşov, Amil Piriyev, Şaiq Pirəliyev, Namiq Niftullayev, Namiq İbrahimov və Həmidə Nəsibovanın cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Hadisə
4 Dekabr , 2019 13:07
Yetmiş üç yaşlı qadını sifarişlə qətlə yetirən dəstənin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində sifarişlə qətl törətməkdə ittiham edilən Ziya Dadaşov, Amil Piriyev, Şaiq Pirəliyev, Namiq Niftullayev, Namiq İbrahimov və Həmidə Nəsibovanın cinayət işi üzrə hazırlıq iclası keçirilib.

"Report" xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Baxış iclası dekabrın 10-na təyin edilib.

Hadisə bu ilin aprel ayında Nizami rayonunda baş verib. Azər Manafov küçəsi, ev 15/21 ünvanında baş verən yanğın hadisəsi yerinə baxış zamanı mənzilin sahibi və həmin ünvanda tək yaşayan, 1946-cı il təvəllüdlü Validə İbrahimovanın yanmış meyiti aşkar olunub.

Keçirilən ekspertiza zamanı müəyyən edilib ki, həmin şəxs yanğından əvvəl boğularaq qətlə yetirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində baş vermiş hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş şəxslər - Ziya Dadaşov, Amil Piriyev, Şaiq Pirəliyev, Namiq Niftullayev və Namiq İbrahimov saxlanılıblar.

Araşdırma zamanı saxlanılan şəxslər qətli Həmidə Nəsibovanın sifarişi ilə yerinə yetirdiklərini deyiblər.

Ziya Dadaşov və Amil Piriyev ifadələrində hadisə günü “Leyla” kimi tanıdıqları şəxsin sifarişi ilə V.İbrahimovanın mənzilinə tamah məqsədilə daxil olduqlarını, onu qətlə yetirəndən sonra isə izi itirmək məqsədilə mənzili və meyiti yandırdıqlarının bildiriblər. Hadisədən sonra həmin şəxslər V.İbrahimovanın qızıl-zinət əşyalarını, mobil telefonunu və 120 manatını ələ keçiriblər.

Qeyd edək ki. Z.Dadaşov və A.Piriyev saxlanılan zaman qızıllar onlardan aşkar olunaraq maddi sübut kimi götürülüb.

İstintaq zamanı Həmidə Nəsibova Z.Dadaşov və A.Piriyevlə tanışı V.İbrahimovanı qətlə yetirmək üçün əvvəlcədən razılığa gəldiyini etiraf edib.

O da məlum olub ki, Həmidə Nəsibova da daha əvvəl məhkumluq həyatı yaşayıb. Qətlin tamah məqsədi ilə törədildiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi