Yetmiş min dollar oğurlayan dəstə üzvləri apellyasiya şikayəti veriblər

Yetmiş min dollar oğurlayan dəstə üzvləri apellyasiya şikayəti veriblər Bakıda oğurluq etməkdə təqsirli bilinən Elgün Yusifov, Elşad Namazov, Röyal Sabirli və Vazeh Babayevin barəsindəki hökmdən apellyasiya şikayətləri verilib.
Hadisə
26 Noyabr , 2019 14:48
Yetmiş min dollar oğurlayan dəstə üzvləri apellyasiya şikayəti veriblər
Report

Bakıda oğurluq etməkdə təqsirli bilinən Elgün Yusifov, Elşad Namazov, Röyal Sabirli və Vazeh Babayevin barəsindəki hökmdən apellyasiya şikayətləri verilib.

"Report"un xəbərinə görə, şikayətə hakim Əflatun Qasımovun icraatına verilib.

İlkin baxış iclası noyabrın 29-na təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elgün Yusifov 7il, Elşad Namazov 8 il, Röyal Sabirli 7 il 6 ay, Vazeh Balayev isə 2 il müddətinə azadlıqdan məhrum ediliblər.

Dəstə üzvlərinin Cinayət Məcəlləsinin 177.3.2 (Külli miqdarda ziyan vurmaqla oğurluq) V.Babayev isə 307-ci (cinayəti barədə xəbər verməmə) maddəsi ilə təqsirli bilinib.

Hadisə Binəqədi rayonunda baş verib. Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin yanvarında Şamil Şirinovun evindən 70 000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakinləri - E.Yusifov, E.Namazov, Kəlbəcər rayon sakini R.Sabirli və V.Babayev saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, zərərçəkənin mənzilində külli miqdarda pul olması barədə dəstə üzvü E.Yusifovun əvvəlcədən məlumatı olub.

Onun təklifi əsasında dəstənin digər üzvü R.Sabirli mənzilə daxil olaraq orada olan pulu oğurlayıb. Hadisədən sonra dəstə üzvləri əldə etdikləri pulu aralarında bölüblər.

Son xəbərlər

Orphus sistemi